Discussion about this post

User's avatar
someone lost in red's avatar

salam,ümid edirəm yaxşısınızdır.Sizi demək olarki daha əvvəllərdən telegramdan takip edirdim.O zamanlar yaşım daha da az idi, yazılarınız həqiqətən mənə ilham olurdu.Yazan və düşünən gənclər olduğunu görmək o balaca dünyasında ilişib qalmış qızın gözlərini açmışdı sanki.Telegramda aktiv olmağı dayandırmanızdan bir müddət sonra mən də telegramı sildim, ara sıra sadəcə kanalınızı yoxlamaq üçün yükləyirdim.Nə zamanki substcaki endirdim və bir gecə yarısı "ağac" adlı bu hesaba rast gəldim, içimdə əvvəldən tanıdığın bir insana rastlaşmağın gətirdiyi o isti hiss doğuldu.Fərqindəyəm, poetik və süni səslənən bir cümlədir amma deyəsən əvvəlki yaşlarıma məni bağlayan bir köprüyə rast gəlmişdim, sevincim biraz da ondan idi.Yazım dilinizə baxandan sonra da həmin şəxs olduğunuzdan əmin olmuşdum.Təqribən bir həftə öncə olmalıydı deyəsən, kanalınızın yenidən aktivləşdiyini görəndən sonra bütün gecə boyunca əvvəl yazdıqlarınız hər şeyi yenidən oxudum.Köhnə bir dostla yenidən rastlaşmışam və zehnimdə ona aid olan parçaları yoxlayırmışam kimi.Bu yazdıqlarım sizə nə hiss etdirər bilmirəm amma hər daim zehninizə və qələminizə güvənən insanlar olduğunu unutmayın.Günləriniz işıqlı keçsin)))

1 more comment...

No posts

Ready for more?